22 İyul 2025 / 08:56

Tramp sakit dayanmır: İranın nüvə obyektləri yenidən hədəfdə!

Gözlənildiyi halda, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zəruri hesab olunduğu təqdirdə, ABŞ İranın nüvə obyektlərinə yenidən hücum etməyə hazırdır. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Tramp bu barədə özünün  “Truth Social” platformasında yazıb. Sitat: “İranın xarici işlər naziri Abbas Araqçi nüvə obyektləri ilə bağlı deyib ki, dağıntılar çox ciddidir, obyektlər sıradan çıxarılıb”. Əlbəttə ki, bu belədir. Mən demişdim və əgər lazım olsa, bunu yenidən edəcəyik”.

İranın siyasi və ali dini rəhbərliyi isə hələki Trampın bu qorxunc bəyanatına reaksiya verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!