23 İyul 2025 / 13:27

Polşa yaxınlaşan müharibəni elan edir

Polşanın baş naziri Donald Tusk bildirib ki, ölkə “müharibədən əvvəlki dövrdə” yaşayır.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz indi müharibədən sonrakı dövrdə deyil, müharibədən əvvəlki dövrdə yaşayırıq. Biz hər gün bir vaxtlar ağlasığmaz görünən, “qara qu quşu” adlandırılan hadisələrin şahidi oluruq”, – siyasətçi hökumətdəki dəyişiklikləri açıqlamazdan əvvəl deyib.

O, iddia edir ki, indiki reallıq dünya siyasətçilərini demək olar hər gün təəccübləndirir.

Tusk söz verib ki, Polşa hökuməti “həm şərq sərhədində, həm də sərhədlərimiz daxilində təhlükəsizliyin təmin edilməsinə diqqət yetirəcək”.

İyulun əvvəlində Polşanın baş naziri bildirmişdi ki, Qərb ölkələri Ukraynanın Rusiya ilə münaqişədə “qazanması” yollarının müzakirəsinə qayıtmalıdır ki, bütün digər müzakirələr məna kəsb etsin. Onun sözlərinə görə, söhbət ərazi bütövlüyü, suverenlik və sabit sülhdən gedir. Polşanın baş naziri həmçinin iddia edir ki, Rusiya guya Avropaya qarşı münaqişə aparır.

Bundan əvvəl ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq demişdi ki, Kiyevin müttəfiqləri yeni Marşal Planı hazırlamaqla ölkənin bərpasına kömək etməlidir. Onun sözlərinə görə, ilk növbədə tərəflər arasında atəşkəs əldə edilməlidir. Kelloq qeyd edib ki, keçmiş hərbçi kimi o, “Ukraynada müşahidə olunan zorakılığın səviyyəsini anlamaqda çətinlik çəkir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!