Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya qoşunları 149 rayonda Ukrayna hərbi-sənaye kompleksi müəssisəsini və pilotsuz təyyarələrin yığılması sexini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin və xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqələrini vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna hərbi-sənaye kompleksi müəssisəsi, pilotsuz təyyarələrin yığılması sexi, uzaq mənzilli pilotsuz təyyarələrin idarəetmə məntəqələri, yanacaq anbarları, raket və artilleriya silahları vurulub”, – nazirlik bildirib.
Departamentin məlumatına görə, 149 rayonda Ukrayna hərbi birləşmələrinin və əcnəbi muzdluların müvəqqəti dislokasiya məntəqələri də məhv edilib.
Müdafiə Nazirliyindən bildirilib ki, zərbələr Rusiya qoşunlarının əməliyyat-taktiki aviasiya, zərbə PUA-ları, raket qüvvələri və artilleriyası tərəfindən endirilib.
E.ŞİRİNOV