24 İyul 2025 / 08:48

Ukrayna dronları Soçidə dincələnlərin kefini pozdu: ölən və yaralananlar var

Ötən gecə Rusiya ordusu Odessanı, Ukrayna ordusu isə Soçiyə dronlarla hücum edib, Tavriçeskaya küçəsində yerləşən neft anbarına zərbə endirilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə “Sirius” Federal Təhsil Mərkəzinin administrasiyasının rəhbəri Dmitri Plişkin məlumat yayıb. Krasnodar diyarının əməliyyat qərargahından verilən məlumata görə, hücum zamanı bir qadın həlak olub, daha biri ağır xəsarət alıb. Bəzi otellərdə istirahət edənlər yeraltı qarajlara təxliyə olunublar. Soçi hava limanında isə uçuşlara məhdudiyyətlər tətbiq edilib.

İki ölkə nümayəndə heyətlərinin İstanbul görüşünün ardından belə hadisələrin baş verməsi bir daha göstərir ki, tərəflərin ciddi danışıqlara və şərtlərə əməl etməsi vacibdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!