24 İyul 2025 / 11:12

Rusiyada təyyarə qəzası: təyyarədəki 49 nəfərin hamısı ölüb

Bu saatlarda Rusiyanın Amur bölgəsində içərisində 43 sərnişinin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib. Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tında rayonuna gedib. “An-24”-ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir. Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib. Məlumata görə, “An-24” Tında aeroportuna eniş etməyə hazırlaşıb, lakin ilk cəhd alınmayıb. Təkrar eniş etmək üçün hündürlüyə qalxan təyyarə ilə az sonra əlaqə itib. Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin (5-i uşaq) və 6 ekipaj üzvü olub. Sitat: “Пропавший в Приамурье борт Ан-24 обнаружили на склоне горы в 15 километрах от города Тында, предварительно, никто не выжил, сообщили РИА Новости в экстренных службах”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!