Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan hökuməti “Ermənistan Elektrik Şəbəkələri”ndə (EEŞ) konsorsium idarəetməsi təyin edə və ya şirkətdə pay almaq məsələsinə baxa bilər.
Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib.
Onun sözlərinə görə, komissiya EEŞ-nin işində pozuntuların olduğunu bildirən Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin müraciətinə baxmalıdır.
Bunun üçün hökumət şirkətə müvəqqəti idarəçi təyin edib. Yoxlamanın aparılması üçün üç ay vaxt lazımdır (müddət daha bir ay uzadıla bilər). Əgər pozuntuların olması sübut edilərsə, o, işini davam etdirəcək.