Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna üç Avropa ölkəsində pilotsuz uçuş aparatları (PUA) istehsal etməyi planlaşdırır.
Tezadlar.az “RBC-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, söhbət Danimarka, Norveç və Almaniyada dron istehsalına başlamaqdan gedir.
“Biz bunu daha tez istəyirik, hər yerdə hər şey çox vaxt aparır. Danimarkada, Norveçdə, Almaniya ilə bu məsələni müzakirə edirik. Çox müsbət cəhətlər var. Biz Danimarka ilə razılaşdıq. Yəni, belə bir addım tapdıq”, – Ukrayna lideri izah edib.
Bundan əvvəl Zelenski Ukrayna ilə birgə uzaqmənzilli pilotsuz uçuş aparatları və raketlərin istehsalına razılıq verən ilk ölkənin adını çəkmişdi. Bu Danimarka, Kopenhagen də 1,26 milyard avro ayırmağa razılaşdı.
E.ŞİRİNOV