25 İyul 2025 / 14:25

Zelenski hərbi maaşların artırılması üçün Aİ-dən kömək istəyəcək

Ukrayna prezidenti deyib ki, o, Avropa liderlərindən daha çox könüllü cəlb etmək üçün hərbçilərin maaşlarının artırılmasını maliyyələşdirməyə köməklik istəyəcək

Ukrayna prezidenti Vladimir Zelenski Avropalı müttəfiqlərindən Ukrayna ordusuna yeni çağırışçılar çatışmazlığını aradan qaldırmaq və Rusiyanın davam edən işğalı fonunda ölkənin müdafiə qabiliyyətini qorumaq üçün maaş artımını maliyyələşdirməyə kömək istəmək niyyətində olduğunu açıqlayıb.

“Əvvəllər avropalılar bizim hərbçilərin maaşlarını maliyyələşdirməkdən imtina edirdilər, yalnız silahlar. Bizim hərbçilər özləri hamını qoruyan silah ola bilər”, – Tezadlar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Zelenski Kiyevdə jurnalistlərə bildirib.

Ukraynada səfərbərlik kampaniyası 4 ildir davam edən müharibədən bezmiş cəmiyyət arasında populyarlığını itirir. Müqaviləli əsgərləri pulla şirnikləndirən Rusiyadan fərqli olaraq, Ukrayna xidmət haqqını artırmaqla könüllülərə arxalanmağa çalışır. Lakin bu, kəsiri artıq ÜDM-in 20%-ni keçən dövlət büdcəsini ciddi şəkildə yükləyəcək.

Zelenski artıq Ursula fon der Leyen, Mark Rutte, Emmanuel Makron, Key Starmer və ABŞ nümayəndələri ilə maliyyə məsələsini müzakirə edir. O qeyd edir ki, bu, təkcə dəstək deyil, ümumi təhlükəsizliyə sərmayə qoymaqdır.

Ukrayna ordusu fəal şəkildə öz silah istehsalına keçir. Prezidentin sözlərinə görə, pilotsuz təyyarələr, raketlər və elektron müharibə sistemləri üçün hər il 25 milyard dollar lazımdır. Artıq hasilatı artırmaq üçün 6 milyard dollar lazımdır.

ABŞ Ukrayna pilotsuz təyyarələrini almağa razılıq verib, lakin Zelenski daha böyük müqavilə bağlamaq istəyir – 10-30 milyard dollar. Danışıqları müdafiə naziri Denis Şmıqal, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və prezidentin müşaviri Aleksandr Kamışin aparır.

Ukraynada hərbçilərin maaşları

UNİAN-ın məlumatına görə, bu il Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin pul təminatı əsas ödənişlər, əlavə ödənişlər və birdəfəlik ödənişlərin məcmusundan ibarətdir. Hərbçi üçün minimum əmək haqqı 20.130 UAH-dır

Arxa cəbhədə xidmət edən hərbi qulluqçuların maaşı artırılmalıdır. Bu fikri Pilotsuz Sistemlər Qüvvələrinin işə qəbulu üzrə mütəxəssisi Petro Konoplya bildirib. O, əlavə edib ki, arxa cəbhədə olan hərbçi supermarketdə işləyən mühafizəçidən az maaş alır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!