Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın ticarət naziri Hovard Lutnik və Aİ rəsmiləri ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçiriləcək görüşdən əvvəl tarif danışıqları aparıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“Danışıqlar tarif səviyyələrinin yekun təfərrüatları üzərində mübahisə etdiyi üçün şənbə günü gecə saatlarına qədər davam etdi”, – nəşr iki ölkənin danışıqlar qruplarına yaxın mənbələrə istinadən bildirib.
Mübahisələrin “şiddətli” olduğu və xüsusilə polad, avtomobil və əczaçılıq sənayesinin məhsullarına aid olduğu qeyd edilib.
Bundan əvvəl Tramp və vitse-prezident J.D.Vensin yay tətilini Böyük Britaniyada keçirəcəkləri məlum olub. Eyni zamanda, ABŞ-ın vitse-prezidenti də məzuniyyəti zamanı Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Çivninq Xaus iqamətgahında görüşmək istəyib, lakin onların qrafikləri üst-üstə düşməyib.
E.ŞİRİNOV