Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron X sosial şəbəkəsində Avropa ölkələrinin Rusiyaya təzyiqlərini artıracağını açıqlayıb.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 23-də Makron Almaniya kansleri Fridrix Merzlə danışıqlara başlamazdan əvvəl onunla Ukraynaya dəstək məsələlərini müzakirə edəcəyini bildirib.
“Biz Ukraynaya yardımı gücləndirməyə və Rusiyaya təzyiqi artırmağa davam edirik”, – Fransa prezidenti qeyd edib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Trampın “səbrini itirməkdə” olduğu barədə xəbərdarlıq etmişdi.
Bununla yanaşı, diplomat qeyd edib ki, Amerika lideri hələ də Ukraynadakı münaqişənin həllində maraqlıdır və qarşıdurmaya son qoymağa yönəlmiş konkret addımlar görmək istəyir.
E.ŞİRİNOV