28 İyul 2025 / 08:02

Zelenski həyat yoldaşına görə hərbi geyimlərini kostyuma dəyişdi

Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena ondan xahiş etdikdən sonra hərbi geyim əvəzinə kostyum geyinməyə başlayıb.

Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşrinə Ukrayna liderinin dizayneri Viktor Anisimov məlumat verib.

“Birinci xanım rəsmi tədbirlərdə onların çox təzadlı göründüyünü gördü: o, protokol geyimində, o isə hərbi üslubda idi”, – deyə dizayner paylaşıb.

Anisimov qeyd edib ki, ən əsası Zelenskinin üslubunu dəyişməyə razı olmasıdır, lakin bununla bağlı heç bir xüsusi problem yoxdur.

Qeyd edək ki, Zelenski iyunun 25-də NATO sammitinə qalstuk taxmaqdan imtina edərək qara kostyumda gəlib. İyunun 23-də siyasətçi oxşar geyimdə Vindzor qəsrində Kral III Çarlzla görüşüb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!