28 İyul 2025 / 19:44

Əkrəm İmamoğlunun magistr diplomu ləğv edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlunun magistr diplomu ləğv edilib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Əkrəm İmamoğluna İstanbul Universitetindən təqdim edilmiş diplom sənəd çatışmazlığı və aşkar səhvlər səbəbindən ləğv olunub.

Həmçinin İmamoğlunun İstanbul Universitetinə köçürülərkən qanunsuzluqların yol verildiyi qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Ə.İmamoğlunun universitet diplomu (bakalavr pilləsi) da ləğv olunmuşdu.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!