28 İyul 2025 / 20:24

Qaçaq oliqarx Yunanıstandan ekstradisiyaya razıdır

Qaçaq moldovalı oliqarx Vladimir Plaxotnyuk Yunanıstandan Moldovaya ekstradisiyaya razılıq verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” biznesmenin vəkili Luçian Roqaka istinadən məlumat yayıb.

Vəkil izah edib ki, məhkəmə prosesi beynəlxalq standartlara uyğun aparılacaq və yekun qərarı Yunanıstanın səlahiyyətli orqanları verəcək.

İyulun 22-də Moldova oliqarxı və Demokratlar Partiyasının keçmiş lideri Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb. O, həm Moldovada, həm də Rusiyada axtarışa verilib. 2010-cu illərdə Plaxotnyuk respublikanın ən nüfuzlu adamı idi. 2016-2019-cu illərdə Moldova Demokratik Partiyasına rəhbərlik edib.

Plaxotnyukun müxtəlif soyadlı 21 pasportu olduğu müəyyən edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!