28 İyul 2025 / 21:27

Zelenski UTX işçilərinin sayını artırır

Vladimir Zelenski həm sülh, həm də müharibə dövründə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) işçilərinin sayını əhəmiyyətli dərəcədə artıran qanun imzalayıb.

Tezadlar.az bildirir ki, bu barədə Ali Radanın saytında məlumat verilib.

Qeyd olunur ki, qanun dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir. UTX iki ay müddətində qanunun icrası üçün zəruri olan müvafiq aktlara əlavə və dəyişikliklərlə bağlı təkliflər verməlidir.

Daha əvvəl Avropa Həmrəyliyi fraksiyasından olan deputat İrina Qeraşenko bildirmişdi ki, qanun sülh dövründə UTX işçilərinin ümumi sayının 27 mindən 37 minə, xüsusi dövrdə isə 31 mindən 41 minə qədər artırılmasını nəzərdə tutur.

Bundan başqa, qanun qüvvəyə mindikdən sonra UTX əməkdaşları müdafiə tapşırıqlarını yerinə yetirərkən silah və hərbi texnikadan istifadə etmək hüququ qazanacaq və terrorla mübarizə bölməsinin əvəzinə “A” Xüsusi Əməliyyat Mərkəzi peyda olacaq. O, əməliyyat və döyüş fəaliyyətini həyata keçirəcək ən azı 10 min nəfər olmalıdır.

UTX 1991-ci ildə yaradılmış və Ukraynada dövlət təhlükəsizliyini təmin etmək üçün yaradılmış xüsusi təyinatlı hüquq-mühafizə orqanıdır. O, dövlət başçısına tabedir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!