28 İyul 2025 / 21:39

Medvedev Trampa müraciət edib

ABŞ prezidenti Donald Tramp Rusiya ilə ultimatum oynamaqla Rusiyanı müharibəyə aparır.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu X sosial şəbəkəsində Ukraynada atəşkəs üçün yeni müddətlər elan edən Amerika liderinə müraciətini dərc edən Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Siyasətçi vurğulayıb ki, Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydenin yolu ilə getməməlidir.

“O, iki şeyi yadda saxlamalıdır: 1. Rusiya nə İsrail, nə də İran deyil. 2. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə”, – Medvedev yazıb.

Bundan əvvəl rusiyalı hərbi müxbir Yuri Kotenok Trampın Rusiyaya yeni ultimatumu barədə sərt danışmışdı.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!