29 İyul 2025 / 19:33

Rusiya ərazisinin bir hissəsini ABŞ-a satmaq fikrinə bir cümlə ilə cavab verdi

Rusiya Berinq dənizindəki ərazisinin bir hissəsini – Komandir adalarını ABŞ-a satmayacaq.

Tezadlar.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Andrey Kartapolov deyib, – onun sözlərini “Zvezda” sitat gətirir.

Bundan əvvəl ABŞ Ordusunun Təhlükəsizlik Komandanlığının tərkibində Estoniyada xidmət edən polkovnik-leytenant Ceffri Fritz Çin sualtı qayıqlarını izləmək üçün Vaşinqtona Komandir adalarını Rusiyadan almağı təklif etmişdi. O, ABŞ-a adaları 15 milyard dollara almağı təklif edib.

Parlamentari ABŞ-ın təklifini “yumşaq desək, düşünülməmiş” adlandırıb və ona bir cümlə ilə cavab verib. “Biz torpaq alqı-satqısı etmirik, ancaq qaytarırıq”, — Kartapolov Fritsin adaları satmaq fikrinə cavab verib.

Fritzin təklifinə cavab olaraq deputat Aleksey Çepa Rusiya Konstitusiyasını xatırladıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!