29 İyul 2025 / 19:40

İsrailin Qəzzanı ilhaq planı üzə çıxdı

İsrailin baş naziri Benyamin Netanyahu radikal Fələstinin islamçı HƏMAS qruplaşması atəşkəslə razılaşmaqdan imtina edərsə, Qəzza zolağının tədricən ilhaqı üçün plan hazırlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

“Plana uyğun olaraq, İsrail HƏMAS-a atəşkəslə razılaşmaq üçün bir neçə gün vaxt verdiyini elan edəcək və bundan imtina edəcəyi təqdirdə Zolaqdakı əraziləri ilhaq etməyə başlayacaq”, – məlumatda deyilir.

Bildirilir ki, plan əvvəlcə bufer zonanın, sonra isə Qəzza zolağının İsrail şəhərlərinə bitişik şimal rayonlarının ilhaqını nəzərdə tutur. Eyni zamanda, nəşr bu təşəbbüsün ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən bəyənildiyini vurğulayır.

Bundan əvvəl Fələstin muxtariyyətinin baş naziri Məhəmməd Mustafa bildirib ki, radikal islamçı HƏMAS hərəkatının silahlıları silahlarını təhvil verməli və Fələstinə nəzarəti qanuni hakimiyyətə təhvil verməlidir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!