29 İyul 2025 / 19:46

Rumıniya Ukraynada hərbi əməliyyatlara qoşulması ilə bağlı məlumatları belə şərh edib

Rumıniya Daxili İşlər Nazirliyi ölkənin Ukraynada hərbi əməliyyatlara qoşulacağına dair məlumatları təkzib edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Daxili İşlər Nazirliyi Rumıniyanın baş naziri İlie Bolojanın ölkənin Ukraynada hərbi əməliyyatlara girdiyini iddia etdiyi videoya belə münasibət bildirib. Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu kliplər süni intellektdən istifadə edilməklə yaradılmış saxtadır.

“Bu kliplər saxtadır və ictimai rəyi bilərəkdən manipulyasiya etmək aksiyasının bir hissəsidir. Rumıniyanın baş naziri belə bəyanatlarla çıxış etməyib və Rumıniya müharibəyə girmir”, – departamentdən bildiriblər.

Bundan əlavə, Rumıniya Daxili İşlər Nazirliyi vətəndaşları yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!