Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Qəzza zolağında atəşkəslə razılaşmasa, Britaniya sentyabrda Fələstini tanıyacaq.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmerin ofisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Britaniya hökuməti “iki dövlət həllinin həyat qabiliyyətini müdafiə etmək əzmini və sentyabrda BMT Baş Assambleyası qarşısında Fələstin Dövlətini tanımağa hazır olduğunu” ifadə edir.
Bunun İsrail hökumətinin uzunmüddətli davamlı sülhün bərqərar edilməsi öhdəliyi götürməməsi, o cümlədən “BMT-nin aclığa son qoymaq üçün Qəzza xalqına humanitar yardımı dərhal bərpa etməyə icazə verməsi və İsrail atəşkəslə razılaşana və nə Qəzzada, nə də İordan çayının qərb sahilində ilhaq olmayacağını açıq şəkildə bildirənə qədər” mümkün olacağı vurğulanır.
Bir neçə gün əvvəl ÜST rəhbəri Tedros Adhanom Qebreyesus Qəzza zolağında qidalanma ilə bağlı ölümlərin kəskin artdığını gördüyünü, humanitar yardımın dayandırılması səbəbindən vəziyyətin daim pisləşdiyini qeyd etdi.
E.ŞİRİNOV