Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Sabah” “Petrokub” kollektivini doğma meydanda da məğlub etməyi hədəfləyir.
“Tezadlar.az”ın məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Moldovanın “Petrokub” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Səfərdəki, matçımız yaxşı alındı. Lakin bu rəqibə evdə də qalib gəlmək istəyirik. Səfərdə qələbə qazansaq da, hələ heç nə məlum deyil. Hazırlıqlarımız yüksək səviyyədə oldu. Rəqib komandaya yuxarıdan aşağı baxmaq olmaz”.
Qeyd edək ki, “Sabah” – “Petrokub” görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb – 2:0.