Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin qolf oyununu şərh edərkən onun vəziyyəti ilə bağlı ironik fikirlər səsləndirib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “Fox News” dərc edib.
“Birinci çuxurda mənim çubuğumu gördünüzmü? Olduqca uzun, həqiqətən də uzun. Bu Co Bayden deyil, sizə deyəcəm. Bu Bayden deyil, düzdür? Bu yaxşı zərbə idi”, – Amerika lideri qeyd edib.
Bundan əvvəl Tramp ABŞ-ın təxminən beş müharibəni dayandırdığını, bunun qolfdan qat-qat vacib olduğunu bildirmişdi.
“Biz sadəcə olaraq beş müharibəni dayandırdıq, ona görə də bu, qolf oynamaqdan daha vacibdir”, – o, Şotlandiyada ikinci qolf meydançasının açılışında deyib.
Bundan əvvəl ABŞ prezidenti qolf oynayarkən fırıldaqçılıqda ittiham olunub. Geniş yayılmış videoda amerikalı liderin qolf arabasının önündə kürsü (idman ləvazimatları daşıyan və məsləhətlərlə kömək edən qolfçu köməkçisi – RED.) gedir və sonra onun istiqamətinə top atır.
E.ŞİRİNOV