Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Crocus City Hall” konsert zalında 149 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı cinayət işində zərərçəkmişlərin müdafiəsi israr edəcək və həm bütün birbaşa günahkarlar, həm də onların əlbirləri üçün ən sərt və ən ağır cəzanı məhkəmədən tələb edəcək.
Tezadlar.az xəbər verir ki, bunu TASS-a iş üzrə 115 zərərçəkmişin maraqlarını təmsil edən vəkil İqor Trunov deyib.
“Müttəhimlərdən bəzilərinin etirafçı mövqeyinə baxmayaraq, biz hərbi məhkəmədə bütün terrorçular üçün ən sərt, ən ağır, lakin ədalətli cəzanın verilməsində israr edəcəyik: həm terror aktının birbaşa günahkarları, həm də onların əlbirləri üçün”, – agentliyin mənbəsi bildirib.
Onun sözlərinə görə, terror aktını törədən dörd nəfər – Məhəmmədsobir Faizov, Səidəkram Raçabolizada, Dalerjon Mirzəyev və Şəmsidin Fəriduni cinayət işinin istintaqı zamanı tam etiraf ediblər, lakin yalnız Fəriduni əməlindən peşman olub.
Qeyd edək ki, avqustun 4-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi terror aktını törədən 19 nəfərin və şərikin cinayət işinə mahiyyəti üzrə baxmağa başlayacaq. Məhkəmə Moskva Şəhər Məhkəməsinin binalarından birində kənar iclaslarda keçiriləcək.
E.ŞİRİNOV