31 İyul 2025 / 09:17

Rusiyanın hücumundan sonra Kiyevin bir sıra küçələrində nəqliyyatın hərəkəti bağlanıb

Kiyevdə Rusiyanın gecə saatlarında birgə hücumundan sonra bir sıra küçələrdə nəqliyyatın hərəkəti bağlanıb.

Tezadlar.az bildirir ki, bu barədə Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Biloşitski Telegram-da məlumat verib.

Onun sözlərinə görə, hazırda nəqliyyatın hərəkəti bağlıdır.

Polis sürücüləri və paytaxt sakinlərini marşrutlarını planlaşdırarkən bu məlumatları nəzərə almağa çağırıb.

Kiyevə zərbə

İyulun 31-nə keçən gecə Rusiya pilotsuz təyyarələr və raketlərlə Kiyevə hücum edib. Çoxmərtəbəli binanın girişi dağılıb, insanlar dağıntılar altında qalıb. Hazırda bir uşaq – 6 yaşlı oğlan da daxil olmaqla 6 nəfərin öldüyü məlumdur. 4 nəfər Svyatoşinski rayonunda, 2 nəfər Solomenskidə ölüb.

Zərbə baş verən yerlərdə xilasedicilər işləyir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!