Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın pilotsuz uçuş aparatları Penza vilayətində sənaye müəssisəsinə hücum edib. Tələfat və dağıntı yoxdur, yanğın baş verib, mütəxəssislər tərəfindən söndürülür.
Tezadlar.az bildirir ki, bu barədə qubernator Oleq Melniçenko öz Telegram kanalında məlumat verib.
“Sənaye müəssisələrimizdən birinə düşmən pilotsuz uçan aparatlarının növbəti hücumu həyata keçirilib. Tələfat və dağıntı yoxdur. Müəssisənin ərazisində yanğın var, hazırda yanğın söndürülür. Mən hadisə yerindəyəm, fövqəladə hallar xidmətinin əməkdaşları işləyir”, – o yazıb.
Qubernator bir müddət əvvəl bölgədə pilotsuz təyyarə təhlükəsi elan edildiyini, mobil internetə müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini bildirmişdi.
E.ŞİRİNOV