Gözlənildiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski əks təqdirdə Rusiyanın öz qonşularının vəziyyətini pisləşdirə biləcəyi fikrindədir. Sitat: “Dünyada hamı bilir ki, bu müharibəni Rusiya başladıb və məncə, onlar bu müharibəni bitirməyə məcbur edilə bilər. Amma dünya Rusiyadakı rejimi dəyişməyə çalışmasa, bu o deməkdir ki, hətta müharibə bitəndən sonra da Moskva öz qonşuluğundakı ölkələri destabilizə etməyə çalışacaq”.
Zelenski Putinindən narazıların Kremldə də olduğunu dilə gətirib: “Onlar kimi gözləyirlər? Putin Rusiyanı da məhv edir…”.







