1 Avqust 2025 / 09:26

Rusiya bölgələri üzərində Ukraynaya məxsus 60 pilotsuz təyyarə vurulub

Bir gecədə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri 60 Ukrayna pilotsuz təyyarəsini məhv edib və ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarənin hesabatında bildirilir ki, 31 pilotsuz təyyarə Belqorod vilayəti ərazisi, 12-si Rostov vilayəti üzərində vurulub.

Hava hücumundan müdafiə vasitələri, həmçinin Krasnodar vilayəti üzərində beş, Voronej vilayəti üzərində üç, Lipetsk və Tula vilayətləri üzərində iki Ukrayna PUA-nı məhv edib.

Bundan əlavə, dörd pilotsuz təyyarə Qara dəniz üzərində, daha biri isə Azov dənizi üzərində zərərsizləşdirilib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!