1 Avqust 2025 / 14:56

Ağırlıq qaldıranlarımız “2025 EWF Gənclər və U15 Çempionatı”nda 4 qızıl, 3 gümüş medal qazandı

Xəbər verdiyimiz kimi, İspaniyanın Madrid şəhərində Azərbaycanın yeniyetmələrdən ibarət ağırlıq qaldıranları iyulun 24-dən “2025 EWF Gənclər və U15 Çempionatı”nda iştirak edirdilər. Bu mötəbər yarış, nəhayət, bu gün yekunlaşıb və yarışa vəsiqə qazanmış yeniyetmələrimiz böyük uğurlarlara imza atıblar. Madriddən tezadlar.az-a məlumat verən “Göyəşən” klubunun rəhbəri Azər Əlizadə yeniyetmələrimizin qələbəsindən danışdı: “…Bilirsiz ki, Azərbaycanı bu mötəbər yarışda 15 idmançımız təmsil edirdi ki, onların 8-i “Göyəzən” klubunun idmançıları idi. Yarış bu gün başa çatdı. Xoş xəbərləri ilk olaraq sizə çatdırıram ki, idmançılarımız 4 qızıl və 3 gümüş medalla vətənə dönürlər… İnanırıq ki, onlar gələcəkdə daha böyük uğurlara imza ataraq hamımızı sevindirəcəklər… Bakıda olanda yarışın gərgin keçən məqamları barədə “Təzadlar”ın oxucularına daha geniş açıqlama vermək imkanımız olacaq…”.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!