1 Avqust 2025 / 20:39

Belqorodda Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində iki nəfər həlak olub

Valuyski rayonunda Ukraynaya məxsus FPV pilotsuz təyyarəsinin hücumu nəticəsində iki mülki şəxs həlak olub.

Tezadlar.az bildirir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Hadisə Urazovo kəndi yaxınlığında baş verib. Bir kişi və 18 yaşlı oğlan avtobus dayanacağına gedərkən pilotsuz təyyarənin hücumuna məruz qalıb. Hər ikisi aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

Qladkov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!