Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

BMT-nin hesabatlarını demək olar ki, heç kim oxumur və az sayda istifadəçi onları rəsmi internet saytından yükləyir. Bunu təşkilatın özü və rəhbəri Antonio Quterreş etiraf edib.
Tezadlar.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
BMT-nin səmərəlilik və xərclərin azaldılması ilə bağlı hesabatında deyilir ki, təşkilat getdikcə bürokratikləşir və insanlar onun məlumatlarına marağı itirir.
Ötən il BMT rəsmiləri 27 min görüş keçirib, BMT katibliyi 1100 hesabat hazırlayıb ki, bu da 1990-cı illə müqayisədə 20% çoxdur.
“Görüşlərin və hesabatların çoxluğu sistemi – və bizim hamımızı – son həddə çatdırır. Bu hesabatların çoxu nadir hallarda oxunur”, – BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, BMT-nin saytındakı hesabatların yalnız 5%-i 5500 dəfədən çox yüklənir. Hər beşinci hesabat 1000-dən az yükləmə alır.
Lakin “yükləmək mütləq oxumaq demək deyil” – deyə Quterreş əlavə edib. O, iclasların və hesabatların sayının azaldılmasını, ən zəruri olanların qalmasını təklif edib.
“Reuters” qeyd edir ki, bu il 80 yaşı tamam olan BMT “likvidlik böhranı” ilə üz-üzədir. BMT-yə üzv olan 193 dövlətin heç də hamısı məcburi müntəzəm töhfələrini tam və ya vaxtında ödəmir.
E.ŞİRİNOV