3 Avqust 2025 / 12:29

Korabel mikrorayonu boşaldılır

Ukrayna Silahlı Qüvvələrinin hərbi bazasına çevrildiyi üçün Xersondakı Karantin adasından dinc sakinlərin təxliyəsi Ukrayna hakimiyyəti tərəfindən elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə regionun qubernatoru Volodimir Saldo məlumat verib.

“Xerson vilayətinin işğal administrasiyasının rəhbəri Prokudin, Xersondakı Karantin adasından (Korabel mikrorayonu) mülki əhalinin təxliyyə edildiyini elan etdi. Ada Ukrayna Silahlı Qüvvələrinin hərbi bazasına çevrildi”, – o Telegram kanalında yazıb.

Saldo sakinlərə oranı tərk etməyi tövsiyə edib, çünki bu vəziyyətdə onlara “özlərini qorumaq və hərbçilərimizin əl-qolunu açmaq” lazımdır.

Bundan əvvəl Kiyevin təyin etdiyi hərbi vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat vermişdi ki, hakimiyyət “şəhərdə qaz təchizatında fasilələr yarandığını” bildirərək təxliyə elan edib. Prokudinin sözlərinə görə, “indi şəhərdə logistika mürəkkəbdir ki, bu da ərzaq məhsullarının çatdırılmasını çətinləşdirir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!