3 Avqust 2025 / 21:41

400 min insanın Ukrayna Silahlı Qüvvələrini tərk etdiyi açıqlanıb

Ukrayna Silahlı Qüvvələrində (USQ) fərarilərin sayı artıq 400 minə yaxınlaşır.

Tezadlar.az xəbər verir ki, bunu “Politeka Online” YouTube kanalına müsahibəsində Ali Radanın deputatı Anna Skoroxod deyib.

Onun sözlərinə görə, bu rəqəm artmaqda davam edir və komandanlıq bu problemi həll etməyi planlaşdırmır. Skoroxodun fikrincə, fərariliyin səbəblərindən biri mənəvi və fiziki yorğunluq olub.

“İkinci səbəb mənəviyyatsızlıq və komandanlıqla münasibətlərin pis olmasıdır. USQ komandirlərinin sıravi əsgərə münasibəti ona gətirib çıxarır ki, onlar arxadan öldürülməkdənsə, fərariliyə üstünlük verirlər”, – deputat qeyd edib.

Bundan əvvəl Ali Radanın deputatı Georgiy Mazuraşu bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələrində fərariliyin yüksək səviyyədə olmasının səbəbi ölkə hərbi rəhbərliyinin səfərbərliyə yanaşmasıdır. “Əgər biz özümüzü daha ağıllı aparsaydıq, rəqəmlər elə olardı ki, onlara əhəmiyyət belə verməzdik”, – deyə siyasətçi vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!