Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, Ukrayna Rusiyanın neft və neft məhsullarının daşınması ilə məşğul olan “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən gəmilərin kapitanları da daxil olmaqla, bir sıra ölkələrdən 5 şirkət və 94 fiziki şəxsə qarşı sanksiya tətbiq edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb. Sitat: “Üç sanksiya paketi hazırlanıb və ilk paket bu gün artıq tətbiq edilib. Bunlar Rusiyanın “kölgə donanması”nın kapitanlarına qarşı sanksiyalardır. Biz bütün bunları – bütün bu paketləri tərəfdaşlarımızla sinxronlaşdıracağıq”. Maraqlıdır ki, fiziki şəxslərin siyahısına 94 nəfər daxildir ki, onlardan 83-ü Rusiya Federasiyasının, qalanları Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi ölkələrin vətəndaşlarıdır. Hüquqi şəxslərin siyahısına isə Rusiya Federasiyasının beş şirkəti, o cümlədən “Qazpromneft Gəmiçiliyi” daxildir.
Rusiyanın rəsmi şəxsləri isə bu barədı ələki susur, reaksiya verilməyib. Peskovun açıqlamasından isə bəlli olur ki, bu sanksiyaların Rusiya iqtisadiyyatına heç bir ciddi təsiri olmayacaq.
A.Məmmədli