Kamçatkadakı Kraşeninnikov vulkanı 500 ildən sonra ilk dəfə püskürməyə başlayıb. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, vulkanın püskürməsi avqustun 2-də baş verib. Bildirilib ki, vulkanın külləri 5-6 km hündürlüyə qalxıb. Alimlər bunu bir neçə gün öncə baş vermiş 8.8 bal gücündəki zəlzələ ilə əlaqələndirirlər. Sonuncu dəfə Kraşennikov vulkanı 1463-cü ildə püskürüb. Hansı ki, daha əvvəl Kamçatkadakı Klyuçevskaya vulkanı da aktivləşmişdi.