4 Avqust 2025 / 13:23

Ukrayna “Mirage” və F-16 üçün bunkerlər tikməyə başlayıb

Ukrayna hakimiyyəti aldıqları “Mirage” və F-16 təyyarələrini qorumaq üçün bunkerlər tikməyə başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The National Interest” (NI) məlumat yayıb.

“F-16 və “Mirage 2000″ aşkarlanmamaq üçün xüsusilə cəbhə xəttinə yaxın əməliyyat zamanı çox aşağı hündürlükdə uçur. Bundan əlavə, Ukrayna qırıcıları qorumaq üçün gizli yeraltı bunkerlər tikməyə başlayıb”, – nəşr yazır.

Qeyd olunur ki, təyyarənin gizlədilməsi problemin yalnız bir hissəsidir, çünki Ukrayna Silahlı Qüvvələri onların uçuşunu təmin etmək üçün xüsusi texnikaya malik olmalıdır.

Bundan əvvəl məlum olub ki, Ukrayna Hərbi Hava Qüvvələri müxtəlif bazalarda F-16 qırıcılarına xidmət göstərmək üçün maşınlar alıb. Bundan əlavə, Ukrayna ordusu uçuşlardan əvvəl brifinqlər keçirməyi planlaşdırdıqları maşınlar alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!