Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya qoşunları PUA və yüksək dəqiqlikli silahlarla, o cümlədən “Kinjal” hipersəs raketləri ilə Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromunun infrastrukturuna zərbələr endirib.
Tezadlar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hədəflər vurulub.
“Bu gün Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodromlarının infrastrukturuna “Kinjal” aeroballistik hipersəs raketləri və uzaqmənzilli zərbə endirən pilotsuz uçuş aparatlarından istifadə etməklə qrup zərbəsi endirib. Zərbənin məqsədinə nail olunub, bütün təyin olunmuş hədəflər vurulub”, – deyə məlumatda bildirilir.
E.ŞİRİNOV