4 Avqust 2025 / 16:52

Ukrayna Silahlı Qüvvələri təcili yardıma hücum edib

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat LPR-də yaşlı xəstəni daşıyan təcili yardım maşınına zərbə endirib. Həkim heyətinin üzvləri yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə regional hökumətin Telegram kanalı məlumat yayıb.

“İçərisində xəstə olan təcili yardım maşını və briqadası Popasnaya yaxınlığındakı Troitskoye kəndində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın hədəfinə tuş gəlib. LPR səhiyyə naziri Natalia Paşenko bildirib ki, partlayıcı ilə doldurulmuş dron təcili yardımın yanına düşüb. Komandanın üzvləri – sürücü və iki tibb işçisi xəsarət alıb. Kəskin serebrovaskulyar qəza ilə xəstəxanaya aparılan 62 yaşlı pasiyent, həmçinin onu müşayiət edən qızı xəsarət almayıb”, – deyə məlumatda bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!