5 Avqust 2025 / 08:56

Rusiyanın bölgələri üzərində 24 Ukrayna PUA-sı vurulub

Hava hücumundan müdafiə sistemləri bir gecədə Bryansk, Rostov, Kaluqa və Smolensk vilayətləri üzərində Ukraynaya məxsus 24 PUA-nı vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə, avqustun 4-ü Moskva vaxtı ilə saat 22:00-dan avqustun 5-i saat 01:40-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 24 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib: 13-ü Bryansk vilayətinin ərazisi üzərində, 7-si Rostov vilayətinin ərazisi üzərində və hər biri 2 PUA-nın Kaluqa və Smolensk vilayətlərinin əraziləri üzərində”, – Müdafiə Nazirliyindən məlumat verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!