Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə tədbirləri çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu gündən etibarən “1 sual – 1 cavab” adlı yeni rubrikaya başlayır.
BDYPİ-nin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, rubrikanın əsas məqsədi vətəndaşların yol hərəkəti ilə bağlı gündəlik həyatlarında qarşılaşdıqları suallara aydınlıq gətirmək, mövcud qaydaları daha əlçatan və başa düşülən formada izah etməkdir.
Sosial şəbəkələr üzərindən ünvanlanan çoxsaylı suallar ümumiləşdirilərək rubrika çərçivəsində mütəmadi şəkildə cavablandırılacaq.
BDYPİ bütün hərəkət iştirakçılarını bu rubrikanı izləməyə və yol hərəkəti ilə bağlı suallarını ünvanlamağa dəvət edir.
“Unutmayın ki, qaydaları bilmək həyatınızı qorumaq deməkdir!”, – deyə məlumatda bildirilib.
RÖVŞANƏ