5 Avqust 2025 / 15:32

Hindistanın əli olan dronlar Ukraynada dağıntılar törədir…

Artıq neçənci dəfədir ki, Rusiyanın Ukraynada vurulan dronlarında Hindistana məxsus komponentlər aşkarlanır.  Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib. Yermak bu dronların cəbhəboyu ərazilərdə və mülki infrastruktura qarşı hücumlarda istifadə olunduğuna diqqət çəkib. O, Rusiyanı başqa ölkələrdən dron hissəcikləri idxal etmək imkanından məhrum etməyin vacibliyini vurğulayıb və Rusiyanın enerji resurslarını almağın müharibəni maliyyələşdirməyə bərabər olduğunu bəyan edib.

Hindistanla Rusiya arasında hərbi sahədə iştirakçılıq artıq heç kimə sirr deyil.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!