5 Avqust 2025 / 22:32

Qutsul məhkəmənin yekun qərarına qədər başçı postunu saxlayacaq

Yevgeniya Qutsul məhkəmənin yekun qərarına qədər Qaqauziyanın rəhbəri kimi fəaliyyətini davam etdirəcək.

Tezadlar.az bildirir ki, bu barədə “Rupor” informasiya portalına muxtariyyət Xalq Məclisinin deputatı Aleksandr Tarnovski məlumat verib.

“Apellyasiya Palatasının yekun qərarı olana qədər Qutsulun mandatı qüvvədə qalacaq və növbədənkənar seçkilər keçirilə bilməz. Bu, Qaqauziyanın xüsusi hüquqi statusu haqqında qanunun normasıdır”, – Tarnovski deyib.

Onun sözlərinə görə, muxtariyyət rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Qutsulun birinci müavini İlya Uzun icra edəcək. Qutsula qarşı hökm qüvvədə qalsa, Xalq Məclisi növbədənkənar seçkilər təşkil etməli olacaq. “Belə bir vəziyyət yaranarsa, 90 gün ərzində Qaqauziyanın yeni başçısı üçün növbədənkənar seçkilər keçiriləcək”, – Tarnovski aydınlıq gətirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!