6 Avqust 2025 / 08:26

Rusiyanın vilayətləri üzərində 51 Ukrayna PUA-sı vurulub

Hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 51 pilotsuz təyyarəsini məhv edib və ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə, Moskva vaxtı ilə avqustun 5-i saat 23:00-dan avqustun 6-sı saat 05:30-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 51 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib: 16-sı Rostov vilayəti, 16-sı Bryansk vilayəti, 14-ü Bryansk vilayəti, 14-ü C.Voronej vilayəti, 3-ü isə Oryol vilayəti ərazisi üzərində”, – Müdafiə Nazirliyindən bildiriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!