7 Avqust 2025 / 15:55

Lukaşenko nədən ehtiyatlanır?

Belarus Polşa və Baltikyanı ölkələrin aqressiv münasibətindən ehtiyatlanır.

Tezadlar.az BELTA-ya istinadən xəbər verir ki, bunu respublika prezidenti Aleksandr Lukaşenko deyib.

“Qonşularımızın – Polşanın və Baltikyanı ölkələrin Belarusa qarşı çox dəhşətli və aqressiv mövqedə olması həyəcanvericidir. Bütün istiqamətlərdə təzyiq göstərilir. Bu təzyiqi ən çox bizim xüsusi xidmət orqanları hiss edir”, – dövlət başçısı izah edib.

Lukaşenkonun sözlərinə görə, bu səbəbdən Minsk, ilk növbədə, KQB-nin və bütün təhlükəsizlik blokunun işinə ən çox diqqət yetirir.

Belarus lideri daha əvvəl bəyan etmişdi ki, Hitler cəlladları xaricdə kültə yüksəldilir. Lukaşenko qeyd edib ki, onlara dövlət səviyyəsində təriflər verilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!