8 Avqust 2025 / 08:40

Etiraz yürüşü Tbilisi küçələrini bürüdü…

Paytaxt Tbilisidə etirazların 253-cü günündə etiraz yürüşü keçirilib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, aksiya iştirakçıları qəhrəmanlar meydanında toplaşaraq yürüşə başlayıblar. Onlar əvvəlcə qəhrəmanlar memorialı qarşısında müharibədə həlak olan qəhrəmanları yad ediblər. Daha sonra parlament qarşısına toplaşan etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və aksiyada həbs olunan şəxslərin azad edilməsini tələb ediblər.

Qeyd edək ki, aksiya səbəbindən Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!