Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pilotsuz təyyarələr yanacaq və sürtkü materialları anbarını vurub
Gecə saatlarında Rusiyanın Rostov vilayəti pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Yerli sakinlər Milerovo hərbi aerodromunun yaxınlığında silsilə güclü partlayışlar və yanğın olduğunu bildiriblər.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, daha sonra vilayətin qubernatoru Rusiyanın hava hücumundan müdafiəsinin regionun Millerovo və Çertkovski rayonlarında hücumu dəf etdiyini iddia edib.
“Gecə hava hücumundan müdafiə qüvvələrimiz bölgənin Millerovo və Çertkovski rayonlarında PUA-nın hücumunu dəf edib. Millerovoda benzin tankeri yanıb. Yanğınsöndürmə və xilasetmə bölmələri işləyir. Heç kim xəsarət almayıb”, – o deyib.
Media aydınlaşdırıb ki, pilotsuz təyyarələr aerodromu deyil, yaxınlıqda yerləşən Ertan yanacaq-sürtkü anbarını vurub.
Krım Küləyi monitorinq qrupu yanacaq və sürtkü materialları anbarında güclü yanğını əks etdirən NASA peyk fotolarını dərc edib.
Rusiyaya hücumlar
Xatırladaq ki, avqustun 2-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Penza şəhərində zavoda hücum barədə məlumat vermişdi. Partlayışların baş verdiyi yerlərdə tüstülənmənin müşahidə olunduğu məlum olub.
Bundan əlavə, dronlar Rusiyanın neft emalı zavodlarını – Ryazan və Novokuibışevsk neft emalı zavodlarını, həmçinin Voronej vilayətindəki “Anna Oil Product” yanacaq-sürtkü materialları anbarını vurub.
Avqustun 4-də isə pilotsuz təyyarələr Volqoqrad vilayətinə hücum edərək Frolovo şəhərindəki dəmiryol vağzalını vurublar.
E.ŞİRİNOV