Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində bildirib.
“Xeyr, mən artıq bunu planlaşdırmıram”, – A.Lukaşenko müvafiq suala cavab verib.
O, həmçinin kiçik oğlu Nikolayı prezident vəzifəsində varisi kimi görmədiyini qeyd edib.
“Xeyr, o varis deyil… Bu sualla onu çox incidə bilərsən”, – A.Lukaşenko bildirib.
O, Belarusun növbəti prezidentinin bir qədər fərqli siyasət yürüdəcək bir şəxs ola biləcəyini mümkün hesab edib. Lakin ümid edir ki, varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.