8 Avqust 2025 / 17:35

34 Ukrayna PUA-sı Rusiya bölgələri üzərində vurulub

Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynanın 34 pilotsuz təyyarəsini vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Moskva vaxtı ilə saat 12:00-dan 15:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 34 sabit qanadlı PUA-nı məhv edib və ələ keçirib: 12-si Bryansk vilayəti ərazisində, 10-u Kaluqa vilayətində, 8-i Krasnodar vilayəti ərazisində, 2 pilotsuz uçuş aparatı Azov dənizi üzərində, 1-i Ryazan vilayəti üzərində, 1-i isə Adıgey Respublikası ərazisi üzərində.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!