8 Avqust 2025 / 18:05

Putin bu il Hindistana səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Modi “X” hesabında yazıb.

Baş nazirin sözlərinə görə, onlar ətraflı söhbət aparıblar və Ukraynada son hadisələri müzakirə ediblər.

“Biz həmçinin ikitərəfli gündəliyimizdəki irəliləyişləri nəzərdən keçirdik və Rusiya-Hindistan strateji tərəfdaşlığını daha da dərinləşdirməyə sadiqliyimizi təsdiq etdik. Prezident Putini bu il Hindistanda qəbul etməyi səbirsizliklə gözləyirəm”, – o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!