Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistanın Nyu-Delhi şəhərində Hümayun Türbəsi tarixi kompleksində binanın damının uçması nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Əvvəlcə, Hümayun məqbərəsinin günbəzinin özünün dağıldığı bildirilsə də, bu, təsdiqini tapmayıb. Telekanalın məlumatına görə, türbəyə bitişik binanın damı uçub. Dağıntılar altında təxminən 20 nəfər olub, onlardan 11-i xilas edilərək xəstəxanaya çatdırılıb. 6 nəfər isə ölüb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Dağıntılar təmizləndikdən sonra ətraflı texniki ekspertizanın aparılması planlaşdırılır.