Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb.
Tezadlar.az İRNA agentliyinə istinadla xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb. 3 nəfər ağır xəsarət alıb. Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub. BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.