Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qəzzada hərbi əməliyyat İsrail Müdafiə Qüvvələrinin Fələstin anklavına nəzarəti ələ keçirməsindən sonra tezliklə başa çatacaq.
Tezadlar.az xəbər verir ki, bunu “Sky News” telekanalına müsahibəsində İsrailin baş naziri Binyamin Netanyahu deyib.
“Biz müharibənin sonuna yaxınlaşırıq – İran və onun etibarlı qüvvələrinin iştirak etdiyi yeddi cəbhədə müharibə”, – o deyib.
Onun sözlərinə görə, HƏMAS hərəkatı ilə razılıq əldə olunsa belə, İMQ Zolaq üzərində nəzarəti ələ keçirəcək. Netanyahu əməliyyat nəticəsində HƏMAS-ın Qəzzada qalmayacağını vurğulayıb.
İsrailin baş naziri vurğulayıb ki, Fələstin hərəkatı silahı yerə qoysa və qalan 50 girovu azad etsəydi, müharibə daha tez başa çata bilərdi. Bundan əlavə, Netanyahu hazırkı hərbi əməliyyatı Qəzzanın “azad edilməsi” adlandırıb.
Avqustun 20-də İsrail hərbçilərinin Qəzzaya hücuma keçdiyi və şəhərin kənarına nəzarəti ələ keçirdiyi bildirilmişdi.
İsrail ordusunun “Qaley Tsahal” radiosunun məlumatına görə, Qəzzanı ələ keçirmək üçün hərbi əməliyyat 2026-cı ilə qədər davam edəcək. Bu şəhərdə manevrlərin pik nöqtəsində İsrail ordusunun ehtiyatda olan əsgərlərinin sayının bir anda 130 min nəfərə çatacağı qeyd edilir.
E.ŞİRİNOV